Bu ölkədə ictimai nəqliyyat elektrikləşdiriləcək

Yeniliklər 09 Mart 2021 | 19:40
OXUNUB: 785

Kanada hökuməti beş il ərzində ölkədə ictimai nəqliyyatın elektrikləşdirilməsinə 2,75 milyard Kanada dolları (2,17 milyard ABŞ dolları) məbləğində investisiya yatırmağı planlaşdırır.

Məmurların sözlərinə görə, söhbət digər təşəbbüslərə əlavə olaraq sıfır səviyyəli tullantılara malik çoxlu avtobusun alışından gedir. Bu səylər 14,9 milyard Kanada dolları (11,77 milyard ABŞ dolları) dəyərində daha böyük ictimai nəqliyyatın modernləşdirilməsi paketinin tərkib hissəsidir.

Mövcud proqramlar çərçivəsində artıq 300 ekoloji təmiz avtobus alınıb, lakin yeni təşəbbüs hökumətə yaxın 5 ildə daha 5 min avtobusun alınaraq istifadəyə verilməsi ilə bağlı məqsədə nail olmağa kömək edəcək. Hökumət ümid edir ki, bu addım "Nova Bus", "GreenPower" və "New Flyer" kimi Kanada avtobus istehsalçıları üçün yeni iş yerləri yaradacaq. Məqsəd hazırkı proseslərə əhəmiyyətli təsir göstərməkdir./"ICTnews"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man