Vətən müharibəsinə həsr olunmuş yeni klip hazırlanıb - VİDEO

Yeniliklər 09 Mart 2021 | 16:38
OXUNUB: 583

Əfsanədən gerçəkliyə - bir gülün sehrində - Vətən müharibəsinə həsr olunan yeni klip hazırlanıb. 

Klip sözləri Leyla Əliyevaya, musiqisi Kamala məxsus olan “Xarıbülbül” mahnısına çəkilib. Müğənni Aydın Sani, əməkdar artist Təyyar Bayramov və oğlu Kənan Bayramovun ifasını aranjemançı Mahir İbrahimov ərsəyə gətirib.    

Oğuz alpaqutunun qanlı köynəyini cırıb bülbüllə sevgilisi Aybükəyə göndərməsi, gülün görüşünə tələsən bülbülü küləyin ayırması, Ağabəyim xatunun Vətən həsrəti... Bütün bu əfsanələrin motivində intizar, ayrılıq önə çəkilsə də, detallarda qovuşma var. 

Əfsanələr sehrlidir. Oradakı obrazlardan hansınınsa yuxusu, ilğımı, mübarizəsi və xoş gerçəkliyi olur. “Xarıbülbül” klipində də ilğımla xatirələrin, yuxu ilə gerçəkliyin sintezi var. 

Bu klip 28 illik həsrətin sonu - Vətən müharibəsindəki qələbəmizə, bu qələbəni bizə qazandıran şəhidlərimizə, döyüşçülərimizə ithaf olunur.     

APA TV-nin hazırladığı klipi təqdim edirik. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man