Tovuzçayın üzərindəki körpüdə ağır qəza: ölən və yaralılar var

Yol qəzaları 09 Mart 2021 | 09:40
OXUNUB: 606

Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Report"un məlumatına görə, hadisə Tovuz şəhəri ərazisində qeydə alınıb.

“Mercedes” və “Toyota” maraklı avtomobillərin Tovuzçayın üzərindəki körpüdə toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Paşayev Kamran, 1995-ci il təvəllüdlü Əhmədov Anar, 1992-ci il təvəllüdlü Rustəmov Nizaməddin, 1976-ci il təvəllüdlü Niyazova Aytəkin, 1976-cı il təvəllüdlü Kərimova Könul və 1972-cı il təvəllüdlü Quliyev İlqar xəsarət alıb.

Xəstəxanaya aparılan Göygöl rayon sakini, Niyazova Aytəkinin həyatını xilas etmək mümkün olmayıb.

Kərimova Könül və Quliyev İlqar Tovuz rayon, Paşayev Kamran, Rustəmov Nizaməddin, Əhmədov Anar rayonun Aşağı Quşçu kəndinin sakinləridir.

Mərhum Aytəkin Niyazova Könul Kərimovanın evinə qonaq gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man