Yol Polisinin fəaliyyəti və xidmətini əks etdirən videomaterial hazırlanıb.
Avtosfer.az CBC TV-yə istinadən xəbər verir ki, materialda Yol Polisi əməkdaşlarının çətin şəraitdə necə fəaliyyət göstərməsinə dair ətraflı məlumat verilib. Yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı polislərin mübarizəsi də videoda öz əksini tapıb. Poliqon şəraitində keçirilən təlimlər zamanı Yol Polisinin cinayətkarlara qarşı göstərdiyi çevik reaksiya sujetdə yer alıb.
Təlimlərdən savayı polis əməkdaşlarının daima fiziki hazırlıqda olmaları da vacibdir. Asayiş keşiçkiləri olan polislərin əməliyyat zamanı cinayətkarı zərərsizləşdirməsi də xüsusi bacarıq tələb edir.
Bakı şəhər Dövlət Yol Polisi bölmə rəisi, polis polkovniki Vaqif Əsədov hazırlanan videomaterialda Yol Polisinin faliyyəti və paytaxt küçələrinin tam nəzarətdə olması barədə ətraflı məlumat verib.
Sözügedən videomaterialı təqdim edirik:
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man