Timsah səkkiz yaşlı oğlanı atasının gözü qarşısında udub

Yol qəzaları 06 Mart 2021 | 16:00
OXUNUB: 890

İndoneziyada 26 fut (təxminən səkkiz metr) uzunluğunda timsah səkkiz yaşlı oğlanı atasının gözləri qarşısında udub.

AZƏRTAC Cakartanın Merdeka portalına istinadla xəbər verir ki, faciə Şərqi Kalimantan əyalətində yaşanıb. Oğlan atası ilə birgə çay kənarında balıq tutarkən nəhəng timsah qəflətən uşağın üstünə atılaraq onu suya sürükləməyə başlayıb. Heyvanın arxasınca üzən ata timsahı yumruğu ilə döyəcləyərək oğlunu xilas etməyə çalışıb. Lakin timsah uşağı bütöv udub.

Timsah ertəsi gün həmin yerdən yüz metr aralıda tapılıb. Onu yararaq mədəsindən oğlanın cansız bədənini çıxarıblar.

Portalın məlumatına görə, bu, son bir necə həftədə ikinci belə hadisədir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man