Azərbaycanda peyk vasitəsilə yeraltı su ehtiyatları tədqiq olunacaq

Yeniliklər 05 Mart 2021 | 16:00
OXUNUB: 623

"Azərkosmos"da "Virtual Azerbaijan Group of Companies"in təşəbbüsü ilə su ehtiyatlarının qiymətləndirilməsinə dair görüş keçirilib.

Avtosfer.az bildirir ki, görüş zamanı Azərbaycanda su ehtiyatlarının peyk təsvirləri vasitəsilə tədqiqatı, yeraltı su qaynaqları haqqında əldə olunan məlumatın analizi və düzgün şəkildə emalı məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycanın su ehtiyatlarının peyk təsvirləri və 16 müxtəlif parametr üzrə tədqiqat edilməsi barədə müzakirələr aparıblar.

Qeyd edilib ki, hazırda ölkəmizdə yeraltı su ehtiyatlarını təyin etmək üçün ənənəvi üsullardan istifadə olunur. "Bu isə həm zaman, həm də maliyyə baxımından artıq resurs tələb edir. "Azersky" peyk təsvirlərindən, müasir analiz və monitorinq alətlərindən istifadə etməklə ölkəmizdə su ehtiyatlarının, xüsusilə yeraltı suların yerini 95 faizədək dəqiqliklə təyin etmək mümkün olacaq. Bu da öz növbəsində Azərbaycanda su ehtiyatları və onların səmərəli istifadəsinə gətirib çıxaracaq".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man