Bakıda düzgün işləməyən svetofor sürücülərə və piyadalara təhlükə yaradır. Oxuculardan biri svetoforun iş rejimindəki qüsuru qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, sözügedən təhlükə paytaxtın Şəfaət Mehdiyev və Akim Abbasov küçələrinin kəsişməsində, daha dəqiq desək Lider televiziyasının qarşısındadır. Belə ki, Ş.Mehdiyev küçəsi ilə düzünə hərəkət edən sürücülərə yaşıl işıq yanan vaxt həmin istiqamətdə yolun digər istiqamətinə keçmək istəyən piyadalara da yaşıl işıq yanır. Svetoforun iş rejimində olan bu qüsur sürücü və piyadalar arasında çaşqınlıq yaranır. Bununla yanaşı qəzalar, o cümlədən piyadavurma hadisələri qaçılmaz olur.
Ümid edirik aidiyyəti qurumlar yaranan bu problemin aradan qaldırılmasını tez bir zamanda həll edəcək.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man