Yol polisləri nasaz maşını işə salaraq sürücüyə yardım etdi - VİDEO

İctimai nəqliyyat 05 Mart 2021 | 13:00
OXUNUB: 1452

Bakıda yol polisi əməkdaşları sürücünün köməyinə çatıb.  Avtosfer.az-a müraciət edən sürücü qeyd edir ki, Ziya Bünyadov prospektinin sağ hərəkət hissəsi ilə gedərkən avtomobilin mühərriki sönüb. O nə qədər çalışsa da mühərriki işə sala bilməyib. Sürücünün sözlərinə görə ərazidə xidmət edən 99-YP-405 qeydiyyat nişanlı yol patrul xidməti avtomobilindəki polis əməkdaşları onun köməksiz vəziyyətdə qaldığını görərək avtomobilə yaxınlaşıb. Yaranmış nasazlığın səbəbini bildikdən sonra özlərində olan cərəyan ötürücüsü ilə avtomobilin nasazlığını aradan qaldıraraq mühərriki işə salıblar.

Sürücü ona göstərilən köməkliyə görə Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə təşəkkür edir.

 

Təbriz Yusubov

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man