Bakını tüstüyə qərq edən avtomobil - "Lexus" və duman - VİDEO

Nəqliyyat TV 05 Mart 2021 | 12:05
OXUNUB: 1987

Bakıda ekologiyaya ciddi ziyan vuran avtomobilin videosu sosial şəbəkədə yayılıb.  Avtosfer.az xəbər verir ki, 99-VC-252 qeydiyyat nişanlı “Lexus” markalı avtomobilin sürücüsü paytaxt küçələrinin birində dayanan zaman işlənmiş qazların xaricetmə sistemindən çıxan tüstü hər yeri görünməz edib. Bunun səbəbi isə mühərrikdə olan nasazlıqdır.

Qeyd edək ki, Dövlət Yol Polisi idarəsi ekoloji cəhətdən yararsız olan avtomobillərlə bağlı mütəmadi olaraq reydlər keçirir. Sürücülər barəsində inzibati tənbeh tədbirlər görülməsinə baxmayaraq onlar yenə də bu nasazlıqları aradan qaldırmağa çalışmırlar. Düşünürlər ki, avtomobilin nasazlığına görə cərimə yazılıbsa hər şey bununla bitir. Sözsüz ki, cərimə yazılmasına baxmayaraq bu nasazlığın aradan qaldırılması mümkün olmadıqda sürücü təkrar cərimələnə bilər.

Sürücülərə tövsiyə edirik ki, avtomobildə yaranmış nasazlığa görə normadan artıq işlənmiş qaz və ya çirkli tüstü çıxarsa bu zaman mühərrik ustalarına müraciət etsinlər. Vaxtında edilən müraciət həm ekologiyaya, həm də avtomobilinizə digər ziyanın vurulmasının qarşısını alacaq.

 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man