Türkiyədə hərbi helikopter qəzası ilə bağlı ilkin səbəb açıqlandı

Yol qəzaları 05 Mart 2021 | 08:36
OXUNUB: 643

Türkiyənin Bitlis əyalətinin Tatvan rayonunda ötən gün hərbi helikopterin qəzaya uğramasına hava şəraitinin qısa zamanda kəskin dəyişməsinin səbəb olduğu ehtimal edilir.

Avtosfer.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

O, qeyd edib ki, ilkin məlumatlara və şahidlərin ifadələrinə əsasən qəzanın sürətlə dəyişən hava şəraiti səbəbindən baş verdiyi güman olunur.

Bununla belə, hadisənin dəqiq səbəbi ətraflı araşdırma nəticəsində müəyyən ediləcək. Qəza ilə bağlı araşdırmalar bu gün başlayacaq.

Hadisə nəticəsində 11 hərbçinin şəhid olduğunu, daha 2 nəfərin yaralandığını bildirən Hulusi Akar qeyd edib ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib: "Yaralıların müalicəsi davam etdirilir. Vəziyyətləri yaxşıdır".

Hulusi Akar qəzada həlak olanlara rəhmət, ailələrinə səbir diləyib, yaralıların tezliklə sağalmalarını arzulayıb.

Qeyd edək ki, həlak olanlar arasında Türkiyə ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var. Hadisə martın 4-də Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man