Üç ekranlı noutbuk yaradılıb

Yeniliklər 04 Mart 2021 | 22:14
OXUNUB: 908

"Compal" şirkəti bir neçə ekrana malik noutbuk konsepti yaradıb. Bu barədə "HotHardware" nəşrinin məlumatında deyilir.

Şirkət nümayəndələri tərəfindən "Airttach" adlı kompüter dünyada ilk ekranı genişlənən noutbuk kimi təsvir edilir. Qurğu dəsti xüsusi kronşteynlər vasitəsilə əsas displeyin hər iki tərəfinə bərkidilən iki çıxarılabilən panellə təchiz olunub. "Airttach" maksimal açılmış vəziyyətdə 48: 9 ümumi tərəf nisbətli üç 13 düymlük ekrana malikdir.

Bundan başqa, çıxarılabilən konsolları ayrıca istifadə mümkündür. Məsələn, altlığa malik yardımçı ekranları iş masası üzərində yerləşdirmək olar. "Compal" tərəfindən icad edilən noutbuk klassik daşınan kompüter qabaritlərinə malik olduğundan onu çantada daşımaq mümkündür. "Mobillik ekran sahəsini qurban vermək üçün səbəb deyil", – konseptual qurğu yaradıcıları qeyd edib.

Hazırda prototip mərhələsində olan "Airttach" kompüterini şirkət bir il ərzində tamamlamaq niyyətindədir. Şirkət nümayəndələrinin sözlərinə görə, ekranı genişlənən noutbuk eyni anda çoxlu informasiyanı diqqətdə saxlamaq istəyən istifadəçilər – kontent yaradıcıları, birjalarda qiymətli kağızların alış-verişini edənlər, dövlət qulluqçuları üçün nəzərdə tutulub.

Qeyd edək ki, bir müddət əvvəl "Expanscape" şirkəti yeddi ekrana malik kompüter buraxıb. "Aurora 7" noutbuku "4K" formatlı dörd 17,3 düymlük və 7 düym ölçüdə üç əlavə ekranla təchiz edilib. Kompüterin çəkisi 12 kiloqram təşkil edir./"ICTnews"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man