“Daşnaksütyun” Avropadakı bu azərbaycanlıları hədəf seçib – “Erməni adı ilə xaricə qaçanlar...”

23 Fevral 2021 | 12:27
OXUNUB: 1038
"Xarici ölkədə yerləşmək üçün özlərini erməni kimi təqdim edən bəzi azərbaycanlıları şantaj etməklə ermənilər onları ələ ala  bilər”.

Bu sözləri Sfera.az-a açıqlamasında xarici ölkələrdə yaşayan bəzi azərbaycanlıları "Daşnaksütyun” Partiyasının "verbovka” yolu ilə ələ alması barədə yayılan iddiaya münasibət bildirərkən politoloq Cümşüd Nuriyevdeyib:


"Daşnaksütyun  Partiyası son 130 ildə Türkiyə və Azərbaycanda 3 milyondan çox insanı terror və digər vəhşi vasitələrlə qətlə yetirib. İndi isə onlar  yeni metoda - "verbovka”ya  əl atırlar. Həmçinin  şantaj etmək üçün digər başqa vasitələrdən də istifadə edirlər”.
 
Həmsöhbətimizin fikrincə, erməni cəlladların  bu çirkin əməlində onların buradakı qohum-əqrəbalarının da böyük rolu var:
 
"Ermənilər əsasən xaricə gedən gəncləri və imkanlı azərbaycanlıları "verbovka” etməyə çalışırlar. Son illər ermənilərin həyata keçirdiyi bu taktika təəssüf ki, müəyyən dərəcədə onlar üçün nəticə verməyə başlayıb. Xaricdə yaşayan azərbaycanlıların  bir hissəsi  Avropada yerləşmək üçün özlərini erməni kimi təqdim edib.  Ermənilər də bu amildən yararlanaraq onları şantaj etməklə belələrindən agentura şəbəkəsində istifadə edirlər”. 
 
C. Nuriyev düşünür ki, bu hala qarşı mübarizə aparmaq üçün Azərbaycan mediası mövzunun üzərinə getməlidir: "Bu istiqamətdə ciddi təbliğat-təşviqat və maarifləndirmə işləri aparmalıyıq ki, gənclərimiz düşmənin toruna düşməsin”.

AMİP lideri Etibar Məmmədov düşünür ki, ermənilər bu yolla ölkəmizə təsir imkanları qazanacaqlarını düşünürlər: 

 
"Daşnaksütyun” bir əsrdən çoxdur ki, fəaliyyət göstərir. Onların dünyanın əksər ölkələrində strukturkları, kəşfiyyat bölmələri mövcuddur. Bu kimi yollarla çalışırlar ki, Azərbaycana təsir imkanları əldə etsinlər. Xaricdə yaşayan azərbaycanlıları ələ almaq vasitəsilə də bunu edə bilərlər.
 
Dövlət bu məsələyə diqqəti artırmalıdır. Xaricə gedən vətəndaşlarımızın hamısına nəzarət etmək mümkün deyil.  Xarici ölkəyə gedənlər kimlərlə oturub-durduqlarına diqqət yetirməli, belələrini tanımalıdırlar”.
 
Elçin
Sfera.az
 
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man