ŞAD XƏBƏR: Azərbaycanda elektronika məhsulları ucuzlaşacaq

23 Fevral 2021 | 11:00
OXUNUB: 2880
Bu ilin sonuna kimi "Xiaomi", "Samsung", "Huawei", "Honor" və s. kimi iri texnologiya şirkətləri Türkiyədə  müəssisələrini açaraq fəaliyyətə başlayacaq. Bu isə öz növbəsində Türkiyədə elektrotexnika məhsullarının ucuzlaşmasına gətirib çıxaracaq. 
 
Maraqlıdır, qonşu ölkədə bu cür şirkətlərin fəaliyyətə başlaması Azərbaycan üçün nə vəd edir? Bizdə necə, telefon və digər texnika məhsullarında qiymət dəyişikliyi olacaq?

Məsələ ilə bağlı Sfera.az-a danışan elektronika mühəndisi İlkin Nəsirli Türkiyədə bu cür şirkətlərin açılmasının Azərbaycandakı qiymətlərə də təsir edəcəyini bildirib:

"Bizdə qiymətlərin aşağı düşməməsi üçün əsas problemlərdən biri gömrük rüsumlarının çox olmasıdır. Əgər rüsumlar aşağı düşməzsə, ciddi ucuzlaşma müşahidə etməyəcəyik. Karqo xərclərinə görə məhsullarda 20-30 dollar ucuzlaşma olacaq". 

Ekspert texnologiya şirkətlərinin Azərbaycanda da fəaliyyət göstərə bilməsi məsələsinə aydınlıq gətirib:

"Həmin şirkətlərin Azərbaycanda nümayəndəliyinin yaradılması üçün yaxşı mütəxəssislər lazımdır. Universitetlər ilk növbədə bu günün tələblərinə uyğun kadrlar hazırlamalıdır. Bundan sonra belə şirkətlətin Azərbaycanda da qurulması mümkün ola bilər. Bu tədbirlər görülməzsə, sadəcə olaraq Azərbaycanda hansısa avadanlıqlar yığıla bilər".

Sfera.az
Əzizə Zeynal 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man