Balakəndə iritutumlu yük maşını aşıb.

Yol qəzaları 04 Mart 2021 | 10:21
OXUNUB: 635

Balakəndə iritutumlu yük maşını aşıb.

APA-nın məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu ərazisindən keçən hissəsində baş verib. 

Türk şirkətlərindən birinə məxsus, Türkiyə vətəndaşı  Sultanhamit Türkərin idarə etdiyi “Mercedes” markalı yük maşını Bakıdan İstanbula qayıdarkən Balakən rayonunun Beşbulaq adlanan ərazidə sərt döngədə idarəetməni itirərək yoldan çıxaraq yol kənarındakı irigövdəli ağacları devirərək yolun hərəkət zolağına aşıb. Qəza zamanı  sürücü yüngül xəsarət alıb, maşına ciddi ziyan dəyib. Qəza nəticəsində magistral yolda maşınların hərəkətində müvəqqəti dayanıb.  

Müvafiq qurumlar tərəfindən yola düşən ağaclar təmizlənərək hərəkət bərpa olunub. Hadisə yerinə cəlb olunan ağır texnika vasitəsi ilə yük maşını yoldan kənarlaşdırılıb.  

Sürücünün sözlərinə görə, qaranlıqda qarşısına çıxan heyvanı vurmamaq üçün manevr edib. Nəticədə qəza baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man