Yevlaxda 3 avtomobil toqquşub, xəsarət alanlar var

Yol qəzaları 03 Mart 2021 | 17:19
OXUNUB: 559

Yevlaxda 3 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası olub.

APA-nın məlumatına görə, hadisə rayonun Gülövşə kəndi yaxınlığında baş verib. “Mitsubishi”, “Mercedes” və “VAZ-2107” avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib. Xilasedicilər maşında sıxılmış vəziyyətdə qalan, Yevlax rayon sakini, 1989-cu il təvəllüdlü Kərimov Pərvin Muxtar oğlunu çıxararaq həkim briqadasına təhvil veriblər. Yaralı xəstəxanaya yerləşdirilib.

Qəza nəticəsində daha iki nəfər yüngül xəsarət alıb. Onlara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man