Kürdəmirdə yük avtomobili ilə minik maşını toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Yol qəzaları 03 Mart 2021 | 18:00
OXUNUB: 962

Kürdəmir rayonunda baş verən yol qəzasında xəsarət alanların sayı 6-ya çatıb.

Report xəbər verir ki, xəsarət alanlar bir ailənin üzvləridir.

Bunlar Bakı sakinləri - 49 yaşlı sürücü Mustafayev Mübariz Əhməd oğlu, 35 yaşlı Mustafayeva Leyla Yasin qızı, 71 yaşlı Mustafayeva Dursun Məhəmməd qızı, 67 yaşlı Mustafayeva Bəsti Məhəmməd qızı, 13 yaşlı Mustafayeva Nəzrin Xəyyam qızı, 36 yaşlı İbrahimova Təravət Yasin qızıdır.

15:29

Kürdəmir rayonunda yol qəzası olub.

Report xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük maşınının arxasındakı qoşquya çırpılıb. Nəticədə "Mercedes"də olan 4 nəfər müxtəlif növ bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man