Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün axşam saat 22:30 radələrində Göyçay-Ucar yolunun Hüngütlü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ 2107" və " VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zərbənin təsirindən avtomobillərindən biri yoldan çıxaraq su arxına düşüb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./Apa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man