"Instagram" sosial şəbəkəsində istifadəçilər öz canlı yayımlarına 3 nəfərədək insanı qoşa biləcəklər. "Live Rooms" adlı yeni funksiya martın 1-dən əlçatan olub.
"Biz "Instagram" sosial şəbəkəsində canlı yayımda üç nəfərin iştirakına imkan verən "Live Rooms" funksiyasını təqdim edirik. Əvvəllər canlı yayımda yalnız bir nəfərin iştirakı mümkün idi, amma indi üç nəfərin iştirakı mümkündür" – məlumatda deyilir.
Yeni funksiya istifadəçilərə öz auditoriyası ilə qarşılıqlı əlaqə qurmaq, həmçinin tok-şoular keçirmək imkanı yaradacaq. Bundan başqa daha bir gəlir əldə etmə üsulu olacaq./"ICTnews"
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man