Nigeriyanın cənub-şərqində avtobusla yük maşınının toqquşması nəticəsində azı 9 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Nigeriyanın “Vanguard” qəzeti məlumat yayıb.
“Qəza Okurikanq şəhəri ərazisində, Kalabar-İtu magistralında qeydə alınıb, hadisə yerində doqquz nəfər ölüb, daha üç nəfər xəsarət alıb, vəziyyətləri ağırdır”, - deyə Kross-River ştatının yol hərəkəti təhlükəsizliyi üzrə federal xidmət bölmələrinin rəhbəri Kiprian Ofordu bildirib.
Hazırda polis qəzanın səbəblərini araşdırır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man