Türkiyənin Bingöl vilayətində dağ yamacından paraşütlə eniş edən şəxs kabin liftə çırpılıb.
DHA xəbər verir ki, ətrafda olan şəxslərdən biri hadisəni anbaan telefonuna çəkərək ictimailəşdirib.
İnsident nəticəsində paraşütçünün xəsarət aldığı bildirilir.