Utilizasiya ekoloji və təhlükəsizlik normalarına cavab verməyən, köhnələn avtomobillərin təkrar emala göndərilməsidir. Sadə dildə desək, bu avtomobilləri tullayırıq. Bu, yalnız Azərbaycana aid proses deyil. Dünya dördüncü sənaye inqilabını tutmaqla ekolojik və təhlükəsizlik normalarını dəyişir. Azərbaycan da dünyəvi ölkə olduğu üçün bu normativlərə cavab verməyi üzərinə götürüb. Avtomobillərin utilizasiyası dünyəvi ekoloji standart və təhlükəsizlik normalarına cavab vermək üçün edilən prosesdir. Dünyada utilizasiya şərtləri mahiyyətcə eyni olsa da, ölkəyə görə fərqlənir. Bu fərq hər ölkənin utilizasiya proqramında əksini tapır.
Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər dövlət proqramında da bu kimi hallara diqqət yetirilib.
Bəs, Azərbaycanda hansı avtomobillər utilizasiya olunacaq?
Avtosfer.az TED.az-a istinadən xəbər verir ki, avtomobil üzrə mütəxəssis Şahin Göyləroğlu videoda bu kimi suallara aydınlıq gətirib:
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man