Azərbaycanda avtoxuliqanlığa görə cəzalar dəyişdirilir
Nəqliyyat xəbərləri12 Fevral 2021 | 15:46
OXUNUB: 1705
Azərbaycanda avtoxuliqanlığa görə cəzalar dəyişdirilir. Avtosfer.az bildirir ki, bununla bağlı Milli Məclisin yaz sessiyasında müzakirə ediləcək İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, avtoxuliqanlıq hallarının törədiləməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Hazırda məcəllənin həmin bəndinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur
Dəyşiklik müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.