Volkswagen şirkəti Microsoft ilə ortaq nəqliyyat vasitələri üzərində işləyəcək. Microsoft özünü idarə edən texnologiyaların inkişafını sürətləndirmək üçün VW Qrupuna bulud texnologiyası təqdim edəcək.
Microsoft artıq bir neçə ildir, avtomobillər üçün bulud hesablama vasitələri üzərində işləyir. Bununla yanaşı, texnologiya nəhəngi Volkswagen ilə əməkdaşlıq çərçivəsində bunu avtonom sürücülük halına gətirmək istəyir. Əsas məqsəd isə sistemlərdəki təcrübələri Microsoft-un Azure bulud kompüterləri ilə birləşdirərək Volkswagen-in Avtomatik İdarəetmə Platforması (ADP) adlı texnologiyasını yaratmaqdır.
Bu məqsədlə şirkət hələ keçən ildən avtomobilləri Car.Software vahidi ilə birləşdirmək üçün öz VW.OS əməliyyat sistemini inkişaf etdirib.
Əməkdaşlıq barədə yaxın günlərdə daha ətraflı məlumat veriləcəyi gözlənilir. (ted.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man