Qafan yolu Ordumuzun nəzarətinə keçdi

25 Dekabr 2020 | 17:14
OXUNUB: 3091
Qafandan Aqarak kəndinə gedən avtomobil yolu tamamilə Azərbaycanın nəzarətinə keçib.

 

 

Sfera.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Qafan meri Gevork Parsyan deyib.


 

Onun sözlərinə görə, Qafan-Gorus, Qafan-Çakaten yolları varlığını davam etdirir, amma burada sərt təhlükəsizlik məsələləri var.


 

Parsyan Azərbaycan Ordusunun Sünikdəki yaşayış məntəqəsindən 100 metr, Qafan şəhərindən isə 1 kilometr məsafədə olduğunu deyib.


 

Mer, həmçinin strateji vacib yüksəkliklərin Azərbaycanın nəzarətinə keçdiyini, nəticədə Qafan şəhərinin hədəfə çevrildiyini söyləyib.


 

O, Qafandan Aqaraka artıq dolayısı yolla getmək lazım gəldiyini, amma bu yolun uzun, təmirsiz, qış vaxtı keçilməz olduğunu bildirib.


 

Mer Aqarak, Ujanis, Yeqvard kəndlərinin blokadaya düşdüyünü də iddia edib. /Axar.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man