“Sinovac” vaksini Türkiyədə 91,25 faiz effektivlik göstərdi - VİDEO

25 Dekabr 2020 | 15:03
OXUNUB: 2180
Türkiyənin səhiyyə naziri Fahrettin Koca dünən keçirilən Elmi Komitənin iclasından sonra pandemiya ilə mübarizə ilə bağlı maraqlı məqamlara aydınlıq gətirib.

Sfera.azxəbər verir ki, nazir Türkiyənin COVID-19 infeksiyasına qarşı vaksin seçimində inaktivləşdirilmiş vaksin platformasına üstünlük verməsinin səbəblərini açıqlayıb. F.Koca bildirib ki, bu platformada vaksin hazırlanması ən qədim metoddur və indiyədək bir çox belə vaksini Türkiyə öz təcrübəsində istifadə edib. Hər hansı vaksini seçməzdən əvvəl onu öz əhalisi arasında kliniki sınaqdan keçirməyin faydalı olduğunu nəzərə alaraq, inaktivləşdirilmiş "CoronaVac” vaksininə üstünlük verilib.


Elmi Komitənin təmsilçisi professor Serhat Ünal isə qeyd edib ki, sentyabr ayından etibarən başlayan 3-cü faza kliniki sınaqların aralıq nəticələri artıq hazırdır. Minlərlə könüllü arasında aparılan bu tədqiqat mərhələsində iştirakçılardan cəmi 40 nəfər virusa yoluxarsa, tədqiqat mərhələsi yekunlaşacaq.

 

Məlumata görə, hazırda cəmi 29 nəfər yoluxub ki, onlardan da 26 nəfər həqiqi vaksin deyil, "placebo” vurulmuş şəxslərdir. 7300-dən artıq könüllü arasında cəmi 3 nəfər peyvənd olunmuş şəxsdə PCR testlərinin nəticəsi pozitiv çıxıb. Həmin 3 nəfər isə yüksək riskli şöbələrdə çalışan səhiyyə işçiləri olub. Bu 3 nəfər virusa yoluxsalar da, onlarda heç bir xəstəlik simptomu hiss edilməyib.

 


Beləliklə,Sinovac şirkətinin hazırladığı "CoronaVac” vaksininin Türkiyə üzrə aralıq nəticələri 91,25% effektivlik göstərib. F.Koca bu rəqəmin yekunda daha da yüksək olacağını gözlədiklərini qeyd edib.

 

Xatırladaq ki, ÜST tərəfindən bir vaksinin minimum 50% effektiv olması yetərli sayılır.


Vaksinin hansı mənfi təsirləri ola biləcəyi ilə bağlı Elmi Komitədən verilən məlumatda deyilir:


Cəmi 2,5% könüllüdə yüngül baş ağrısı və 2,5 könüllüdə yüngül yorğunluq hiss olunub. Bu isə vaksin kifayət qədər təhlükəsiz olduğunu göstərir.


Qeyd edək ki, dekabrın 5-dən hazır olan 3 milyon doza vaksinin bu həftənin sonundan etibarən artıq Türkiyəyə gətirilməsinə icazə verilib.

 

Ümumilikdə, Sinovac şirkəti fevral ayına qədər Türkiyəyə 50 milyon doza vaksin göndərəcək. Bu vaksinlərin Türkiyəyə həm də dünya bazar qiymətindən nisbətən aşağı qiymətə təchiz ediləcəyi bildirilir. Türkiyədə bir gündə 1,5-2 milyon nəfərə peyvənd vurmaq imkanı var.

 

Nazir vaksinasiyada iştirakın könüllü olmasına baxmayaraq, əhalinin böyük aktivlik göstərəcəyinə inandığını və özünün də ilk şəxslərdən biri kimi peyvənd olunacağını bildirib.

 

Xatırladaq ki, Türkiyənin vaksinasiya strategiyasına görə ilk mərhələdə səhiyyə işçiləri və risk qrupunda olan digər şəxslərə peyvənd vurulacaq.


Ülvi

Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man