DYP Biləcəri bələdiyyəsini gec cavab verməyə görə cərimələdi - 300 manat
İctimai nəqliyyat12 Yanvar 2021 | 13:26
OXUNUB: 8788
Dövlət Yol Polisi (DYP) Binəqədi Rayon Biləcəri bələdiyəsi barəsində inzibati qaydada protokol tərtib edib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsi bələdiyyəni İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüqiqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilib.
Qərara əsasən, Binəqədi Rayon Biləcəri Bələdiyəsi 300 manat məbləğində cərimə edib.