“Erməni tankları İran benzinilə hərəkət edirdi” - İranlı deputatın açıqlamasına ETİRAZ

23 Dekabr 2020 | 14:48
OXUNUB: 3648

"Bu açıqlamaya görə məsuliyyətə cəlb edilməlidir”.


Bu sözləri Sfera.az-a açıqlamasında İranlı deputat Mahmud Əhmədi Bilaşın 44 günlük müharibədə Tehranın açıq şəkildə Ermənistana və ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarına dəstək verməli olduğunu deməsinə münasibət bildirərkən "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədərddin Soltan deyib:

 

"İran 44 günlük müharibə zamanı və ondan əvvəl açıq və qapalı şəkildə Ermənistanı dəstəkləyib. Ermənistanın quru yolla bütün əlaqələri məhz İranla idi. İran şirkətləri Qarabağda fəaliyyət göstərirdi. Rusiyadan Ermənistana hərbi sursat da İran vasitəsilə daşınırdı.

 

Bu baxımdan iranlı deputat Bilaşın dedikləri heç də yeni deyil. Tehran heç zaman Ermənistanı açıq şəkildə işğalçı adlandırmayıb. İran prosesə gecikib. Qarabağda quruculuq işləri aparılacaq. Tehran isə bu böyük hadisədən kənar qalıb. Ona görə də İranda bir qrup iddia edir ki, o zaman açıq şəkildə müdaxilə etsəydilər, indi oyundan kənar vəziyyətdə qalmazdılar”.


Həmsöhbətimiz qeyd etdi ki, indi bu fikirləri səsləndirməklə bəzi iranlı deputatlar guya öz aləmlərində Azərbaycana təzyiq edirlər:

 

"Azərbaycanda bütün ictimiyyət bilir ki, İran hər zaman, o cümlədən 44 günlük müharibədə də Ermənistanın yanında olub. Erməni tanklarının İran benzinilə hərəkətə gətirilməsi dəstək deyil? Erməni hərbçisinin İran "bakuşu” yeməsi dəstək deyil?”

 

S. Soltan bildirdi ki, Bilaşın dedikləri qulluq etdiyi dini-siyasi ideologiyaya ziddir:

 

"Bilaş demək istəyib ki, Azərbaycanı İsrail müdafiə edibsə, Tehran da gərək İrəvanı açıq müdafiə edərdi? Onun bu dedikləri qulluq etdiyi dini-siyasi ideoloji xəttə ziddir. İran teoloji dövlətdir. Onun əsasında "Quran” və şiəlik dayanır.


Deməli, Bilaş bu açıqlaması ilə təmsil etdiyi dövlətin dini-siyasi ideologiyasına qarşı çıxır. Türkiyəyə onun münasibəti də nankorluqdur. Türkiyə AKP dövründə hər zaman İranı müdafiə edib, ona qarşı sanksiyalara qoşulmayıb, əksinə qapılarını ona açıb.

 

Belədə, Türkiyəyə qarşı ABŞ sanksiyalarını müdafiə etməklə həmin deputatın qulluq etdiyi rejim nə qazanacaq? Heç nə. Bu tip deputatların qulluq etdiyi siyasət panfarsizm düşüncə sistemidir. Onlar da ermənilik siyasi ideoloji xəttilə eyni düşüncənin daşıyıcılarıdır. Həqiqəti, ədaləti görmürlər. Bu deputat İran qanunlarına görə məsuliyyətə cəlb olunmalıdır”.


Elçin

Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man