Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə gecə saatlarında Naxçıvan küçəsində qeydə alınıb.
Energetik yaşayış massivindən şəhər mərkəzi istiqamətində hərəkət edən "Opel" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb və aşaraq yaxınlıqdakı yaşayış evinin divarına dəyib. Qəza zamanı sürücü və iki sərnişin xəsarət alıb. Hər üç yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man