Park halında olan Tesla Model S YANDI

Yol qəzaları 11 Yanvar 2021 | 23:15
OXUNUB: 971

Tesla Model S markalı avtomobil park halında ikən alovlanmağa başlayıb.


Avtosfer.az ted.az-a istinadən xəbər verir ki, yanğın hadisəsi ABŞ-ın Dallas şəhərində baş verib. 41 yaşlı Usman Əhmədə məxsus Tesla Model S yanıb. Tesla Model S-də baş verən yanğının gücləndiyi nöqtə sağ ön təkər olub. Avtomobilin sahibi alovun çox güclü olduğunu söyləyib.


Qeyd edək ki, son zamanlar, xüsusilə, köhnə Model S və Model X avtomobillərlə bağlı daha çox yanğın xəbərləri yayılır. 

Mütəxəssislərin sözlərinə görə, bu yanğınlar nəqliyyat vasitələrində istifadə olunan batareyalarla əlaqədardır. Bu avtomobillərin zaman keçdikcə təhlükəsizliyi və davamlılığı ilə bağlı suallar yaranır.


Tesla hadisə ilə əlaqədar mil başına düşən qəza sayı hesablandığı zaman şirkətin maşınlarının yanma ehtimalının yanacaq daşıyan maşınların yanmasından 10 dəfə az olduğunu açıqlayıb. 1 milyard mil (1,6 milyard km) məsafədə 5 Tesla yanğını baş verirsə, digər avtomobillərdə isə 1 milyard mil başına 55 vasitədə yanğın baş verir.


Bundan əlavə, yalnız Tesla deyil, digər istehsalçılar da elektrikli avtomobillərdə yanğınlarla əlaqədar problem yaşayır. Yol Təhlükəsizliyi İdarəsi keçən ay General Motors-un yanğın ehtimalı səbəbindən ABŞ-da 50 mindən çox Chevrolet Bolt elektrikli avtomobili geri çağırdığını elan etmişdi.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man