“Sriwijaya Air” aviaşirkətinin “Boeing 737-500” sərnişin təyyarəsinin parçalanmasına səbəb suya çırpılması ola bilər.
Bu barədə “Straits Times” qəzeti İndoneziyanın Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsinə istinadən xəbər verib.
“Bu, son nəticə deyil... İlkin məlumatlar təyyarənin suya düşməsi nəticəsində dağıldığını göstərir”, - deyə komitənin hava təhlükəsizliyi istintaqının rəhbəri Nurkahio Utomo bildirib.
O, əlavə edib ki, təyyarə havada parçalansa idi, dağıntılar daha böyük əraziyə səpələnərdi.
Xatırladaq ki, Cakarta hava limanından havaya qalxan “Sriwijaya Air” aviaşirkətinə məxsus “Boeing 737-500” sərnişin təyyarəsi uçduqdan bir neçə dəqiqə sonra naməlum səbəbdən dənizə düşüb. Təyyarə Cakartadan Pontianak istiqamətində hərəkət edirdi. Göyərtədə 62 nəfər – 56 sərnişin və 6 heyət üzvü olub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man