Cakarta yaxınlığında qəzaya uğrayan İndoneziyanın “Sriwijaya Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi həyəcan siqnalı verməyib.
Avtosfer.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İndoneziya Axtarış-Xilasetmə İdarəsinin əməliyyat və hazırlıq şöbəsinin müdir müavini Bambanq Surio Aci “Antara” agentliyinə bildirib.
“Niyə siqnal ötürmədiyini müəyyənləşdirməliyik... Avstraliyada da siqnal alınmayıb. Buna görə də Axtarış-Xilasetmə İdarəsi müəyyən etməyə çalışır ki, qəza radiomayakı niyə siqnal ötürməyib”, - deyə qurum rəsmisi bildirib.
Qeyd edək ki, İndoneziyanın “Sriwijaya Air” hava yolu şirkətinə məxsus sərnişin təyyarəsi Cakarta yaxınlığında suya düşüb. Aviaşirkətin məlumatına görə, göyərtədə ümumilikdə 62 nəfər – sərnişinlər və heyət üzvləri olub. Avialaynerin düşdüyü yerdə onun qalıqları və bəzi hissələri tapılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man