Baş prokuror Qarabağda qanunsuz fəaliyyət göstərənxarici şirkətlərdən danışdı

Nəqliyyat xəbərləri 08 Yanvar 2021 | 15:54
OXUNUB: 944

Xəbər verildiyi kimi, yanvarın 8-də Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Avtosfer.az-ın xəbərinə görə, müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev xüsusi olaraq vurğulayıb ki, prokurorluq orqanları tərəfindən Vətən Müharibəsi zamanı erməni hərbi birləşmələrinin beynəlxalq humanitar hüququ pozaraq dinc əhalini atəşə tutması, muzdluların iştirakı, terrorizm və sair cinayət faktlarının hər biri üzrə dərhal cinayət işlərinin başlanması, döyüş əməliyyatları şəraitində hadisə yerlərinin müayinəsi, maddi sübutların götürülməsi istiqamətində zəruri tədbirlər görülüb.

Bundan başqa, ölkə başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr tarixli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işləri üzrə aidiyyəti qurumlarla birlikdə erməni vandalizmi nəticəsində planlı şəkildə talan edilib, dağıdılmış tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın, həmçinin atəşkəsin davam etdiyi illər ərzində əldən çıxmış faydanın məbləğinin müəyyən edilməsi məqsədilə prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə müvafiq işlərin davam etdirildiyi bildirilib.

Eyni zamanda işğal olunmuş ərazilərdə xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı cinayət işləri üzrə bütün təqsirli şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətində işlərin aparıldığı qeyd edilib.

Diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yaradılmış işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man