“Bilirdim ki, məni heç vaxt atmaz” - Bir ayağını itirən qazimiz evləndi

Nəqliyyat xəbərləri 08 Yanvar 2021 | 12:16
OXUNUB: 765

Vətən müharibəsində minaya düşərək sol ayağını topuq nahiyəsindən yuxarı itirən qazimiz Yusifov Abbas ailə həyatı qurub.
"Qafqazinfo"nun məlumatına görə, o, bu gün sevdiyi xanımla rəsmi nikaha daxil olub.
Cütlüyün nikah mərasimindən çəkilmiş fotosu sosial şəbəkələrdə ən çox paylaşılanlardan olub. Sevdiyi xanımın qazimizə olan sevgisi rəğbətlə qarşılanıb.
Əməkdaşımızla söhbət edən qazi Abbas Yusifov bildirib: "Biz 2017-ci ildə tanış olmuşuq. Sevdiyim xanım öz kəndçimdir. 2019-cu ildə isə nişanlanmışıq. Cəbhədə olanda əlaqə saxlayırdım. Bilirdim ki, məni heç vaxt atmaz. Ailəsi də bunu müsbət qarşıladı".



Qeyd edək ki, Yusifov Abbas Mədəd oğlu 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. O, daha sonra 2014-cü idə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub və 2018-ci ildə təhsilini başa vuraraq Tərtərdə N saylı hərbi hissədə xidmətə başlayıb.
Leytenant Yusifov Vətən müharibəsinə Azərbaycan Silahlı Qüvvələrinin zabiti kimi qatılıb. O, Suqovuşan və Talış istiqamətində döyüşüb. Zabitimiz sentyabrın 30-da Talış kəndində minaya düşüb. Nəticədə hərbçimizin sol ayağının topuqdan yuxarı hissəsi amputasiya olunub. Qazimiz dekabrın 15-də Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.





 


Baxış sayı: 47

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man