Qardaşının sənədi ilə postdan keçmək istəyən "Niva" sürücüsü həbs edildi - FOTO

İctimai nəqliyyat 08 Yanvar 2021 | 12:24
OXUNUB: 4916

Qubada karantin qaydalarını pozaraq qardaşının şəxsiyyət vəsiqəsi ilə postdan keçmək istəyən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar xidməti ərazidə qurulmuş müvəqqəti stasionar postda xidmət aparan zaman sərtləşdirimiş karantin rejimi qaydalarını kobud şəkildə pozaraq Qusar rayonu istiqamətində hərəkət edən Quba rayon sakini Rəşad Talıbovu idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsi ilə birlikdə saxlayıblar.

Şöbə əməkdaşları sürücünün hərəkətə icazə verən xüsusi icazəsinin olub-olmamasını yoxlayan zaman isə sürücü Rəşad Talıbov rayon ərazisində, eləcə də digər rayonlara sərbəst getmək üçün icazə.gov.az portalından qeydiyyatdan keçən və hərəkətinə icazə verilən qardaşı Ramil Talıbova məxsus şəxsiyyət vəsiqəsindən istifadə etdiyini müəyyən ediblər. Onun törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınıb və qanunvericiliyə uyğun olaraq RPŞ-nə gətirilib.

Faktla bağlı Rəşad Talıbov barəsində Quba RPŞ-də toplanmış materiallara hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilib və məhkəmənin müvafiq qərarına əsasən həmin şəxs inzibati qaydada 10 sutka həbs edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man