Prezidentin MDB Dövlət Başçıları Şurasındakı nitqindən ÇIXARIŞ VƏ TÖVSİYYƏLƏR

18 Dekabr 2020 | 18:03
OXUNUB: 1574

Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqindən çıxarışlar və tövsiyyələri oxucuların diqqətinə çatdırırıq.

 

Sfera.az xatırladır ki, Azərbaycan Prezidentinin nitqi iki hissəyə bölünməklə birinci hissəsi COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycanın gördüyü işlərə, ikinci hissəsi ilə Ermənistan-Azərbaycan müharibəsinə həsr olunub.

 

Birinci hissə üzrə Azərbaycanın koronavirusla mübarizədə həyata keçirdiyi operativ tədbirlər, ölkəmizin pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə töhfələrini əhatə edir.

 

İkinci hissə sentyabrın 27-də başlanmış müharibənin səbəbləri və nəticələri, hazırkı dövrdə işğaldan azad olunmuş ərazilərdə müşahidə olunan vəziyyət, Ermənistanda cari vəziyyət və işğaldan azad olounmuş ərazilərdə bərpa-yenidənqurma işlərini əhatə edir.

 

Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı cənab Prezidentin nitqi proqram xarakterlidir, bütün istiqamətlər məntiqlə, faktlar əsasında göstərilir və izah olunur. Bu istiqamətə üstünlük verilməklə cənab Prezidentin nitqi geniş işıqlandırılmalı, nitqin müəyyən hissələri xəbər formasında cəlbedici başlıqlar altında həm verilişlərdə nümayiş etdirilməli, həm on-line resurslarda verilməli, həm də soslal mediada paylaşılmalıdır. Həmçinin, nitqdə əksini tapmış məsələlər ekspertlərin iştirakı ilə müzakirəyə çıxarılmaılı və geniş təhlil olunmalıdır.

 

1.Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq arenada COVİD–19 pandemiyası ilə mübarizədə operativ tədbirlər gördü:


-Laboratoriyaların sayı 8 dəfə artırıldı;


-10-dan artıq yeni müasir xəstəxana yaradıldı;


-Həkim qıtlığı ilə bağlı məsələ həll edildi, 5 ölkədən həkim qrupları dəvət olundu;


-Pandemiya ilə mübarizə və pandemiya nəticəsində zərərçəkmiş vətəndaşlara dövlət dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən 2.5 milyarda manat ayrıldı. Bu yardımla 5 milyondan artıq vətəndaş əhatə olundu;


-Azərbaycan dünyada başlanan vaksiyaniya prosesinə qoşulur. Dünyanın aparıcı vaksin istehsalçıları ilə danışıqlar aparılıb;


-Azərbaycan çox platformalılığı nəzərdə tutan vaksinasiya strategiyası hazırlayıb;


-Azərbaycan üçün vaksinlarin elmi şəkildə əsaslandırılmış təhlükəsizliyi əsas şərt olacaq;


-Vaksinasiyanın gələn ilin əvvəlində başlanması planlaşdırılır;


-Vaksinasiya könüllü olacaq və dövlət hesabına həyata keçiriləcək

 

2.Azərbaycan qlobal səviyyədə pandemiya ilə mübarizəyə əhəmiyyətli töhvə verib:

 

-Azərbaycan pandemiya ilə mübarizədə geniş beynəlxalq əməkdaşlığın tərəfdarı kimi çıxış edib. Azərbqaycanın təşəbbüsü ilə bu istiqamətdə bir neçə beynəlxalq tədbir keçirilib - bu ilin aprelində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti, mayda Qoşulmama Hərəkatının Sammiti;


-Azərbaycanın pandemiya ilə mübarizə məqsadilə BMT Baş Assambleyyasının XXXl xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü 150 dövlət tərəfindən dəstəklənib və dekabrın 3-4-də 70-dən artıq dövlət və hökumat başçısının iştirakı baş tutub;


-Azərbaycan pandemiya ilə mübarizə sahəsində maliyyə və humanitar dəstək göstərilməsi proqramında da fəal iştirak edib. Azərbaycan bu məqsəd üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon manat ayırıb, 34 ölkəyə müvafiq yardım göstərilib;


-Azərbaycan qlobal səviyyədə pandemiya ilə mübarizəyə əhəmiyyətli töhvə verib;

 

3.Azərbaycan işğalçı dövlət üzərində qələbə qazandı

 

Münaqişənin səbəbləri:


- Azərbaycanla Ermənistan arasında sentyabrın 27-də başlamış müharibə bir çox hallarda xarici media tərəfindən qeyri-obyektiv işıqlnadırılıb. Münaqişənin tarixi, mahiyyəti ilə bağlı təhrif olunmuş, qeyri-dəqiq və qərəzli məlumatlarl verilib;


-Azərbaycanın səyləri nəticəsində, həmçinin informasiya təminatı ilə bağlı göstərilmiş səylər sayəsində Azərbaycana münasibədə illərlə formalaşmış neqativ fonu dəyişmək və dünya birliyinə həqiqəti çatdırma mümkün oldu;


-Müharibənin nəticələri məlumdur, Azərbaycan işğalçı dövlət üzərində qələbə qazandı;


-Müharibə nəticəsində Ermənistanın hərbi potensialının 80 faizi məhv edilib;


-Azərbaycan üçün bu Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçı müharibə olub;


-Ermənistan 1990-cı illərin əvvəllərində Azərbaycanda xaos və hakimiyyətsizlikdən sui-istifadə edib aqressiya aktı törətdi və nəticədə Azərbaycan Dağlıq Qarabağ da daxil olmaqla beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etdi;


-İşğal edilən ərazilərdə, həmçinin Ermənistanın özündə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirildi;


-İşğal edilmiş ərazilər tam dağıdılıb, indi ora səfər edən xarici diplomatlar nə edildiyini, vandalizmi öz gözləri ilə görürlər. İşğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi, mədəni, dini abidələri dağıdılıb;


-Azərbaycan öz gücünə, öz oğullarının qəhrəmanlığı sayəsində işğala son qoydu və mahiyyət etibarilə 27 il əvvəl qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini həyata keçirdi;


-1992-ci ildən ötən 28 il ərzində Ermənistan mövcud status-kvonun saxlanması üçün əlindən gələni etdi. Statis-kvonun saxlanmasına yönəlmiş cəhdlər danışıqlar prosesində Ermənistan hakimiyyətinin imitasiya xarakterli fəaliyyəti ilə maskalanırıd;


-Ermənistan təkcə Azərbaycanı deyil, həm də beynəlxalq vasitəçiləri aldadırdı. Yeni informasiyalara və Ermənistanın işğal etdiyi ərazilərdə yaratdığı istehklamlara əsasən demək olar ki, Ermənistan işğal etdiyi ərazilərin bir santimetrini belə geri qaytarmaq niyyətində olmayıb;


-2019-cu ilə kimi imitasiya xarakterli danışıqlar prosesi davam etdirilsə də, bu dövrdən sonra o, dayandırıldı. Azərbaycan rəhbərliyinin həmsədrlərlə görüşləri də göstərdi ki, onlarda mahiyyət etibarilə yeni ideyalar yoxdur. Ermənistan rəhbərliyi danışıqlar prosesini iflasa uğratmaq və hər şeyi olduğu kimi saxlamaq üçün əlindən gələni etdi;


-Ermənistan işğal etdiyi əraziləri qeyri-qanuni şəkildə məskunlaşdırma siyasəti həyata keçirdi ki, bu da Cenevrə konvensiyalarına əsasən hərbi cinayətdir;


-2019-cu ildə Ermənistan yeni taktikaya üstünlük verməyə başladı. Mahiyyət etibarilə Ermənistan imitasiya xarakterli danışıqlardan danışıqlar prosesini pozmağa istiqamət götürdü. Ermənistanın ali hərbi-siyasi rəhbərliyinin açıqlamaları və onların təxribatçı hərəkətləri də bunu sübut edir;


-ABŞ-da səfərdə olan Ermənisytanın keçmiş müdafiə naziri bəyan etdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır. Ermənistanın yüksək hərbi rütbəli şəxsinin bu bəyanatı Ermənistanın aqressiv siyasətinin mahiyyətini aydın şəkildə nümayiş etdirir. Görünür onlara bir milyondan artıq azərbaycanlıya yaşatıqları əzab az oldu, üstəlik yeni ərazilər işğal etmək istədilər. Bu, həm beynəlxalq hüquq, həm də insan mənəviyyatı baxımından yolverilməzdir;

 

-Ermənistanın baş naziri Dağlıq Qarabağasəfər edərək "Qarabağ Ermənistandır və nöqtə” dedi. Bu təxribatçı tezisdir və cavabsız qala bilməzdi;

-Erməniatan Azərbaycana və ATƏT MQ həmsədrlərinə qarşı nümayişkəranə açıqlamalar verdi və şüurlu və nümayişkəranə şəkildə danışıqlar prosesini pozdu. Əgər Qarabağ Ermənistandırsa, onda necə danışıqlar aparmaq olar?!;


-Ermənistan əvvəlki rəhbərliyi uzun illər işğal etdiyi torpaqlarda qeyri-qanuni məskunlaşma apardı ki, bu da hərbi cinayətdir. Ermənistanın indiki rəhbərliyi isə müvafiq plan əsasında həmin ərazilərin zorla məskunlaşdırılmasını həyata keçirtməyə başladı;


-Qondarma "DQR”-in parlamentinin Xankəndindən Şuşaya keçirilməsi, cinayətkar rejimin başçısının Şuşada "inaqurasiyasının” keçirilməsi Azərbaycan xalqına qarşı təhqir idi. Bunda məqsəd situasiyanı gərginləşdirmək, Azərbaycanı təxribata çəkmək və hərbi toqquşma baş verməsini əsas gətirərək danışıqlar prosesini təxirə salmaq idi;


-Ermənistanın hərbi-siyasi rəhbərliyinin bəyanatları arasında Azərbaycanı qorxutmaq məqsədi daşıyanlar da var idi. Iddia edilirdi ki, əgər Azərbaycan öz mövqeyini davam etdirsə, Ermənistan tankları Bakıya gələcək. Belə də oldu, amma Ermənistan tankları dekabrın 10-da keçirilmiş hərbi paradda qənimət kimi nümayiş etdirildi;


-Ermənistan iyilda Azərbaycan qarşı dövlət sərhədində hərbi təxribat törətdi, hərbi postları və yeni əraziləri götürmək istədi. Azərbaycanın mülki şəxsləri və hərbçiləri həlak oldu, amma Ermənistan ordusu öz əvvəlki mövqelərinə qaytarıldı. Diversiya qrupu Azərbaycanın Goranboy rayonuna keçməyə cəhd göstərdi, lakin onların rəhbəri tutuldu və etiraf etdi ki, bunun məqsədi təxribatlar törətmək üçün Azərbaycan ərazisinə keçmək olub;


-Sentyabrın 27-də Ermənisttan Ordusu ağır silahlardan istifadə edərək Azərbaycanın yaşayış məntəqlərini atəşə tutdu və dinc sakinləri qətlə yetirdi;


-Ermənistanın hərbi-siyasi rəhbərliyi şüurlu şəkildə mülki əhalinin məhv edilməsinə yönəlmiş hərəkətlər etdi.

 

Nəticə:


-44 gün ərzində Ermənistan kapitulyasiya etməyə məcbur edildi;


-300-dən artıq yaşayış məntəqəsi – şəhərlər, kəndlər, qəsəbələr, strateji yüksəkliklər işğaldan azad olundu;


-Şuşanın azad olunması ilə bağlı düşmən kapitulyasiya etdi;


-Noyabrın 9-da Rusiyanın fəal iştirakı ilə birgə bəyanatın mətni hazırlandı və daha sonra imzalandı;


-Azərbaycan müharibənin fəal fazasında açıq şəkildə dəfələrlə bəyan etdi ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxacağını konkret bəyan edən kimi hərbi əməliyyatlar dayanacaq. Belə də oldu. Ermənistan qalan 3 rayonun azad ediləcəyi ilə bağlı üzərinə öhdəlik götürən kimi hərbi əməliyyatlar dayandı;


-Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Bu, Ermənistanda 10 noyabr bəyanatına yenidən baxılmasını istəyən revanşist qüvvələr üçün də çox vacibdir. Belə qüvvələr var. Bu, bəyanatın müddəalarının həyata keçirilməsinə mane olmaq istəyənlər üçün ciddi siqnaldır;


-Müəyyən xarici dairələr də kənarda qaldıqları, Rusiyanın atəşkəsə nail olunmasında aparıcı rol oynamasından narazı qalaraq müəyyən cəhdlər göstərdilər. Onlar müəyyən qarışıqlıq yaratmağa cəhd etdilər, xüsusilə Ermənistanın daxilindəki duruma. Ermənistanda yaradılmış müəyyən təsir vasitələrindən, mexanizmlərdən, o cümlədən Soros infrastrukturundan istifadə olunur ki, bəyanatın müddəalarının icrasını pozsunlar;


-Rusiya Prezidenti V.Putin də müsahibələrinin birində bildirib ki, Ermənistan razılaşmanın icrasından imtina etməsi onun üçün faciəvi nəticələrə gətirib çıxara bilər;


-Hazırda Dağlıq Qarabağ münaqişəsi haqqında danışarən, biz keçmişi nəzərdə tuta bilərik. Bu, artıq tarixdir;


-Regionun gələcəyi, uzunmüddətli və dayanıqlı sülh əsasən Ermənistan rəhbərliyinin vəziyyəti necə düzgün qiymətləndirəcəyindən asılıdır;


-Sülhməramlı missiya uğurla həyata keçirlir;

 

Sülhməramlı missiya:

 

-Sülhməramlı missiya uğurla həyata keçirlir;


-Sülməramlılar Azərbaycanın müvafiq strukturları ilə daim əlaqədədirlər;


-Birgə bəyanat imzalandıqdan sonrakı müddət ərzində cəmi bir insident qeydə alınıb. Bu da Ermənistan hakimiyyətinin nəzarətində olmayan yaraqlılar tərəfindən törədilib. Bir gün ərzində problem həll olunub, atəşkəs rejiminə riayət edilir və getdikcə daha da möhkəmlənəcək;


-Hazırda Ağdam rayonunda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması istiqamətində iş aparılır.


İşğalda azad olunmuş ərazilərdə real vəziyyət

 

-Ağdam şəhəri yoxdur, tam dağıdılıb. Orada cəmi bir məscid qalıb ki, o da Ermənistan ordusu üçün oryentir rolunu oynamaq üçün saxlanılıb;


-Ağdama səfər edən xarici jurnalistlər onu "Qafqazın Xirosiması” adlandırlar. Amma bi, Xirosimadan da pisdir. Ağdam şüurlu və məqsədyönlü şəkildə işğaldan sonra dağıdılıb. Eləcə də Füzuli şəhəri, harda ki, Azərbaycan bayrağını asmaq üçün bir bina belə qalmayıb. Bütün kəndlər, şəhərlər yerlə yeksan edilib. Belə situasiyanı dünya bəlkə də son 100 ildə görməyib;


-Cəbrayıl şəhəri yoxdur. Qeyri-qanuni məskunlaşma aparılan yaşayış yerlərində, məsələn Kəlbəcərdə çıxmaq üçün verilmiş 20 gün ərizndə hər şey dağıdılıb və yandırılıb. Onlar öz tikmədiklərri evləri də dağıdıblar.

 

Azərbaycan Sarkisyan və Koçaryan rejiminin yaratdığı ordunu məhv etdi

 

-Ermənistanda çox gərgin vəziyyət mövcuddur;


-Məhv edilmiş ordu Paşinyanın ordusu deyil, Koçaryan və Sarkisyan tərəfindən yarsadılmış ordudur;


-Azərbaycanın dağıdılmış şəhər və kəndlərinin dağıdılmasına Paşinyan göstəriş verməyib, bu Koçaryan və Sarkisyan rejimi tərəfindən törədilib;


-Koçaryan və Sarkisyanın əlləri Azərbaycan xalqının qanına batdığı bilinirdi, amma işğaldan azad olunmuş ərazilərə gələndə onların necə dəhşət törətdiyini aydın gördük;


-Bu gün Paşinyana hücum edənlər başa düşməlidirlkər ki, işğal olunmuş ərazilərdə vandalizmi Paşinyanın ordusu törətməyib. Azərbaycan Koçaryan və Sarkisyanın yaratığı ordunu məhv edib.

 

Bərpa-yenidənqurma işləri:


-Hazırda, müharibə bitdikdən sonra Azərbaycan dəymiş ziyanı qiymətləndirir;


-Yaxın zamanlarda bərpa işlərinə başlanacaq və artıq başlanılıb;


-Yol tikintisi ilə bağlı müqavilələr artıq imzalanıb;


-Azərbaycan bəyan edib ki, bərpa işlərinə dost ölkələr cəlb olunacaq. Birinci müqavilə Türkiyə şirkəti ilə imzalanıb, ikinci müqavilənin isə İtaliya şirkəti ilə imzalanması nəzərdə tutulur;


-Azərbaycan özü layihələri maliyyələşdirəcək, amma bərpa prosesinə dost ölkələrin şirkətlərinin cəlb olunmasını istəyir. Həm bi prosesdə iştirak etmək, həm də həmrəylik nümayiş etdirmək üçün.

 

Şahin

Sfera.az

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man