Bakının Xətai rayonunda yol qəzası nəticəsində xəsarət alanların kimliyi məlum olub.
APA-nın məlumatına görə, “Toyoto”nın sürücüsü, 1971-ci il təvəllüdlü Əhmədov Elxan Sərvər oğlu başın çoxsaylı kəsilmiş yaraları və sol əl barmaqlarının açıq sınığı diaqnozu ilə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Eyni zamanda həmin avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Əhmədzadə Ceyhun Əvəz oğlu alının əziyi xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Xəstəxananın növbətçi həkiminin verdiyi məlumata görə, sürücü Elxan Əhmədovun vəziyyəti stabil-ağırdır. O, reanimasiya şöbəsindədir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man