Sürücü maşının baqajında yeddi nəfər gizlədib postdan keçməyə çalışdı - VİDEO

İctimai nəqliyyat 06 Yanvar 2021 | 18:02
OXUNUB: 1123

Xüsusi karantin rejimi ilə əlaqədar Bakı-Qazax yolunun 65-ci kilometrliyində quraşdırılmış xüsusi polis postunda video çəkilib. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Mingəçevir şəhər sakini Zamin Talıbova məxsus, Samux rayon sakini Ramiz Həsənovun idarə etdiyi “Mercedes” markalı iritutumlu avtobus Bakı istiqamətində hərəkətdə olub və yoxlama məqsədilə postda saxlanılıb.

Xidmətdə olan polis əməkdaşları və DİN-in hərbi qulluqçuları avtobusa baxış keçirərkən təəccüblü faktla rastlaşıblar. Belə ki, avtobusun salonu boş olub. Lakin onun baqaj hissəsində gizlədilmiş yeddi nəfər aşkar edilib. 

İlkin araşdırmalarla məlum olub ki, avtobusun sahibi Z.Talıbov əvvəllər də müvafiq icazəsi olmayan şəxslərin qanunsuz yollarla karantin postlarından keçirməyə iki dəfə cəhd göstərdiyi üçün ifşa edilərək, barəsində birinci dəfə inzibati cərimə, ikinci dəfə isə inzibati həbs olunub.

Bunlardan nəticə çıxarmayan avtobus sahibi və onun sürücüsü artıq üçüncü dəfə də eyni inzibati xətanı törədiblər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man