Göyçay rayonunda baş verən dəhşətli qəzanın videogörüntüləri sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, yüksək sürətlə hərəkət edən “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolda dayanmış “VAZ 2106” markalı avtomobilə, daha sonra isə “VAZ 21099” markalı avtomobilə dəyib. Zərbənin təsirindən hər üç avtomobil yararsız hala düşüb.
Qəzanın detallarını araşdırdıqda məlum olur ki, “BMW" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edən zaman manevr edib. Bu zaman avtomobil idarəetmədən çıxaraq qəza baş verib. Qəzada “VAZ 2106” markalı avtomobilin iştirak etməsinin səbəbi sürücünün məsuliyyətsizliyi olub. Gördüyünüz kimi yolun sağ kənarında kifayət qədər boş sahə olmasına baxmayaraq sürücü avtomobili yolun hərəkət olan hissəsində, hətta əks istiqamətdə park edib. Görünür ki, həmin sürücü “BMW” markalı avtomobil hərəkət etdiyi istiqamətdən gələrək orada dayanıb. Qaydalara görə isə o, gəldiyi istiqamətin sağ tərəfində və yaxud geriyə dönərək həmin boş sahədə dayanmalı idi.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man