"Düşmənin arxa postlarına keçib onları məhv etdik" - VİDEO

Nəqliyyat xəbərləri 05 Yanvar 2021 | 12:54
OXUNUB: 835

Üç gün ərzində elə bir döyüş yolu keçiblər ki, eşidənlər üçün dastana çevrilib.

Avtosfer.az xəbər verir ki, xezerxeber.az-ın məlumatına görə, söhbət Murovdağ yüksəlikləri uğrunda qəhrəmancasına döyüşmüş və filmlərə mövzu ola biləcək əməliyyatları icra edən qazimiz, Şəkinin Böyük Dəhnə kəndindən olan leytenant Qurbanəli İsmayılov və onun iki döyüş yoldaşından gedir.

Heydər Əliyev adına Ali Hərbi Məktəbi ötən il kəşfiyyat ixtisası üzrə bitirən Qurbanəli İsmayılov bildirir ki, sentyabrın 27-də başlayan hücum zamanı o, bölük komandiri, baş leytenant Qənbər Qənbərli və Zamiq Qarayev adlı əsgərlə döyüş meydanında mühasirəyə düşüblər. Ancaq şücaət göstərərək düşmən postuna yaxınlaşıblar və həmin yerin koordinatını artilleriya bölməsinə ötürüblər ki, özləri şəhid olsalar da, həmin yer məhv edilsin.

Artilleriya bölmələri düşmən postunu vurur, amma müdafiə səddi tam dağılmır. Qəhrəman hərbçilərimiz isə gecələr hərəkət etməklə düşmənin içərisinə doğru irəliləyirək diversiya əməliyyatı aparmağı qərara alırlar. Öncə düşmən postlarında müşahidə aparan kamera və rabitə xətləri kəsilir. Daha sonra isə postlara gələcək köməyi məhv etmək üçün düşmənə pusqu qururlar və onlara tərəf "UAZ" markalı maşının yaxınlaşdığını görüb, ona atəş açırlar. Özünü itirən erməni sürücü maşını aşırır.

Düşmən qüvvələri məhv ediləndən sonra hər üç qəhrəman hərbçimiz mövqelərini dəyişirlər və bu zaman Azərbaycan ordusunun bölmələrinin erməni postlarından birini ələ keçirmək üçün hücuma başladığını görürlər. Bu zaman onlar da ordumuza düşmən arxasından dəstək verir və qaçan erməni hərbçilərini məhv edirlər. Daha sonra isə iki gün ac-susuz döyüşən kəşfiyyatçılarımız postu alan Azərbaycan hərbçiləri ilə görüşürlər. Ancaq növbəti əməliyyat zamanı düşmənin atdığı 120 mm-lik minaatan Qurbanəli İsmayılovun da olduğu hərbçilərin düz yanına düşür.

Qurbanəli çənə sümüyü, çiyin, sağ bud və kürək sümüyündən coxsaylı yaralar alır. Həkimlər onu 15-ə qədər qəlpədən azad edib, amma 5-6 qəlpə hələ də vücudunda qalıb.

Qəhrəman döyüşçü "Kəlbəcərin Azad Olunmasına görə" və "Hərbi Xidmətlərə görə" medalları ilə təltif olunub.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man