Koronavirus xəstəsi karantin postunda saxlanıldı

İctimai nəqliyyat 05 Yanvar 2021 | 10:43
OXUNUB: 894

Xaçmaz rayonda karantin postundan şəhər ərazisinə daxil olmaq istəyən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.

DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, özünütəcrid qaydalarına riayət etməyərək yaşadığı ünvanı tərk edən Şabran rayon sakini Aydın Məmmədov Xaçmaz rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan A.Məmmədovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, tibbi prosedurlar gözlənilməklə koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib. Qeyd edilən faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man