Bakıda xanım sürücü iki motosikletçini vurub

Yol qəzaları 05 Yanvar 2021 | 08:32
OXUNUB: 1079

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi 51 A ünvanında qeydə alınıb. 

Belə ki, Aysel Məmmədova idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən qəfil  qarşısına iki motosiklet çıxıb. İdarəetmədən çıxan avtomobil motosikletlərə çırpılıb. 

Nəticədə motosiklet sürücüləri - 1998-ci il təvəllüdlü Qurbanov Elmir Elçin oğlu və 2000-ci il təvəllüdlü Dövlətov Nicat Əhməd oğlu ağır bədən xəsarətləri alıb. Yaralılar bədənin müxtəlif nahiyələrinin sınığı diaqnozu ilə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man