Bildiyim qədəri ilə Rusiyanın Noginsk xilasetmə mərkəzinin əməkdaşları Azərbaycan istehkamçılarına pirotexnika işini öyrədəcəklər.
Avtosfer.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndəsi Yevgeni Borisov deyib.
Onun sözlərinə görə, humanitar missiya çərçivəsində pirotexniklər Ağdam rayonunda fəaliyyət göstərəcək: "20 nəfərdən ibarət heyət "Lider" mərkəzinin pirotexniklərindən və Noginsk xilasetmə mərkəzinin əməkdaşlarından təşkil edilib. Bundan başqa, Rusiya FHN tərəfindən 3 ədəd robot avadanlığı texnikası gətirilib".
Bildirilib ki, Azərbaycana gələn bütün heyət COVID-19 infeksiyasına qarşı testdən keçirilib.
Qeyd edək ki, sabahdan rusiyalı mütəxəssislər ilk olaraq Ağdam rayonu ərazisində ayrılmış 100 hektar ərazinin minadan və partlamamış hərbi sürsatlardan təmizlənməsi əməliyyatlarına başlayacaq.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man