Sabahdan Ağdamdaminaların təmizlənməsi əməliyyatlarına başlanılacaq - FOTO

Nəqliyyat xəbərləri 04 Yanvar 2021 | 16:07
OXUNUB: 941

Sabahdan etibarən Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin əməkdaşları ilkin olaraq Ağdam rayonu ərazisində ayrılmış 100 hektar ərazinin minadan və partlamamış hərbi sürsatlardan təmizlənməsi əməliyyatlarına başlayacaq.

Avtosfer.az-ın məlumatına görə, bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini Ragim Lətifov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq Rusiya tərəfi xüsusi avadanlıqları özləri ilə Azərbaycana gətirib: “Həmin əməkdaşlar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Qarabağ Regional Mərkəzinin ərazisində yerləşəcək".

Rusiyanın “Lider” xüsusi riskli xilasetmə əməliyyatları mərkəzinin rəisi, general-mayor Anatoliy Savvin isə bildirib ki, bu gün Rusiya Fövqəladə Hallar Nazirliyinin mina və partlamamış hərbi sürsatlardan təmizlənməsi üzrə xüsusi qrupu imzalanmış üçtərəfli sazişə əsasən, Azərbaycan tərəfinə təhvil verilmiş ərazilərə gəliblər.

Ragim Lətifov

Ragim Lətifov

Onun sözlərinə görə, missiyanın məqsədi döyüş zamanı bu ərazilərdə partlamamış hərbi sürsatların təmizlənməsini həyata keçirməkdir: “Bu qrupun şəxsi heyəti 20 nəfərdən ibarətdir. Bura pirotexniklər, minaaxtaranlar, kinoloqlar və şəxsi heyətin təlim keçirilməsi üzrə instruktorlar daxildir. Qrup ərazilərin minalardan təmizlənməsi üçün bütün texniki avadanlıqlarla təchiz edilib”.

O, ümid edir ki, Azərbaycan tərəfi onlara bütün minalanmış və partlamamış hərbi sürsatların xəritəsini təhvil verəcək: “Xəritə olmasa, minaların yerləşdiyi və partlamamış hərbi sürsatların əraziləri müşavirə keçirilərək müəyyən ediləcək. İnanıram ki, bütün məsələlər həllini tapacaq”.

Anatoliy Savvin

Anatoliy Savvin

A.Savvin qeyd edib ki, minatəmizləmə qrupu əmr üzrə 80 gün müddətinə Azərbaycana gəliblər: “Ehtiyac yaranarsa və bununla bağlı hər hansı qərar olarsa, bu müddət uzadıla bilər.

Qeyd edək ki, Rusiya FHN-in 20 nəfərdən ibarət mütəxəssisi Dağlıq Qarabağda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vəzifəsinin yerinə yetirilməsi üçün “IL-76” təyyarəsi ilə Gəncə aeroportuna enib.

Eyni zamanda təyyarənin göyərtəsində 3 ədəd minatəmizləyən texniki robot avandanlığı da var.

Humanitar missiya çərçivəsində pirotexniklər Ağdam rayonunda işləyəcəklər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man