Erməni generalı: "Qarabağ artıq Ermənistan deyil"

Nəqliyyat xəbərləri 03 Yanvar 2021 | 21:00
OXUNUB: 1433

Hazırda oxunan: Erməni generalı: "Qarabağ artıq Ermənistan deyil"

1990-cı illərdə Ağdam, Xocavənd, Şuşa, Laçın, Kəlbəcər və Füzulinin işğalında iştirak edən, Əsgərandakı "Qarabulaq batalyonu" erməni terror qruplaşmasının komandiri, general Arşavir Qaramyan erməniləri "yuxudan oyanmağa" çağırıb.

Avtosfer.az bizim.media.az-a istinadən xəbər verir ki, bu barədə Qaramyan öz “Facebook” səhifəsində yazıb.

O, bildirib ki, Ermənistan hakimiyyəti müxalifətlə “siçan-pişik” oynadığı zaman, Azərbaycan rəhbərliyi artıq "Zəngəzurun boynuna ip bağlayaraq onu özlərinə sarı çəkir”.

Yazısının  sonunda "Qarabağ artıq Ermənistan deyil”,- deyə o, qeyd edib.

Qeyd edək ki, Arşavir Qaramyan, Dağlıq Qarabağdakı hərbi xunta rejiminin liderlərindən biri olub.

Birinci Qarabağ müharibəsindən sonra bu rejimin üzvü olaraq Təhlükəsizlik Şurasının katibi, Daxili işlər naziri və Baş prokuror vəzifələrini tutub. O, 2018-ci ildə bu rejimdən qovulub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man