Xırdalanda iki küçə asfaltlanıb: İcra başçısı əraziyə baxış keçirib- FOTO

Yeniliklər 03 Yanvar 2021 | 19:20
OXUNUB: 2715

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırığı ilə Xırdalan şəhərində daha iki küçəsində asfaltlanma işlərinə başlanılıb.

Bu barədə Abşeron rayon İcra Hakimiyyətindən məlumat verilib.

RİH başçısı görülən işlərlə yerindəcə tanış olmaq məqsədi ilə əraziyə baxış keçirib.

Bildirilib ki, asfaltlanma işləri Xırdalan şəhərinin Əbdüləli Mürsəlov (6570 kv m) və Şıxəli Qurbanov (9170 kv m) küçələrində həyata keçiriləcək.

Layihə çərçivəsində piyada səkiləri yenidən qurulub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib. Yenidənqurma işlərinə uyğun olaraq, küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.

Layihə çərçivəsində kanalizasiya quyularının qapaqları yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.

Küçənin işıqlandırılması həyata keçiriləcək.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man