Paşinyanerməni əsirlər və meyitlərlə bağlı Rusiyadan yardım istədi

Nəqliyyat xəbərləri 03 Yanvar 2021 | 18:10
OXUNUB: 1936

Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla Ermənistan-Rusiya əməkdaşlığını və Qarabağdakı mövcud vəziyyəti müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Paşinyan görüşün gedişatında Ermənistan-Rusiya qarşılıqlı əlaqələrinin müzakirəsi kontekstində Overçukun səfərinin əhəmiyyətini qeyd edib.

Paşinyan Overçukla Dağlıq Qarabağda yaranmış vəziyyəti, Ermənistana humanitar yardımı müzakirə edib. Ermənistanın baş naziri xüsusən Rusiya rəsmisi ilə erməni əsirlərin və müharibədə həlak olanların meyitlərinin dəyişdirilməsini diqqət mərkəzində saxlayıb.

Hökumət rəsmiləri eləcə də Ermənistan-Rusiya əlaqələri məsələsi ətrafında müzakirələr aparıblar. Ermənistanın baş naziri və Rusiya Federasiyasının baş nazirinin müavini energetika, nəqliyyat, ikitərəfli əlaqələri nəzərdən keçiriblər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man