Türkiyə-Azərbaycan konfederasiyası – Partiya sədrindən “tələsməliyik” açıqlaması

14 Dekabr 2020 | 14:01
OXUNUB: 1539

"Belə bir konfederasiyanın olması kənar müdaxilələrə qarşı durmaqda mühüm rol oynayacaq”.


Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyə ilə Azərbaycan arasında konfederasiyanın yaradılması ideyasına toxunarkən ADP sədri Sərdar Cəlaloğlu deyib.


Onun sözlərinə görə, əslində belə bir birlik artıq mövcuddur, sadəcə onu rəsmiləşdirmək qalır:


"Əslində, Türkiyə ilə Azərbaycan arasında konfederasiya faktikiolaraq yaranıb. Türkiyə ilə Azərbaycan Ordularının vahid paradda iştirakı, iki ölkə prezidentlərinin eyni qələbə paradını qəbul etmələri göstərdi ki, artıq Bakı ilə Ankara arasında konfederativ əlaqələr yaranıb.

 

Qalır, məsələni hüquqi cəhətdən Birləşmiş Millətlər Təşkilatının (BMT) qeydiyyatından keçirmək. Onu da təcili etmək lazımdır. Azərbaycan Türkiyə ilə birlikdə xarici və hərbi siyasət məsələlərində vahid rəhbərliyə tabe olmalıdır. Təcili bu istiqamətdə vahid strategiya işlənməlidir”.


S.Cəlaloğlu düşünür ki, konfederasiya yaranacağı təqdirdə bölgədə daha nəhəng güc meydana çıxacaq: "Həmin addım bölgənin təhlükəsizliyinin təminatında mühüm rol oynayacaq. Türkiyə və Azərbaycan indiki gücündən daha artıq güc əldə edəcək. Digər kənar ölkələrin bölgəmizdəki maraqlarına qarşı durmaqda və region xalqlarını qorumaq baxımından belə bir konfederasiyanın olması vacibdir. Amma nədənsə proses gecikir. Təcili şəkildə bu istiqamətdə addımlar atmalıyıq”.


Elçin

Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man