Ermənistan Qarabağ müharibəsində itkilərinin sayının artdığını açıqladı

Nəqliyyat xəbərləri 03 Yanvar 2021 | 10:53
OXUNUB: 1224

Ermənistanın Səhiyyə Nazirliyi Qarabağ müharibəsində ölənlərin sayı ilə bağlı son statistikanı açıqlayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan sosial şəbəkədəki hesabında bildirib.

Səhiyyə Nazirliyinin rəsmisi müharibədə 3 300-dən çox hərbi qulluqçunun həlak olduğunu açıqlayıb. Nazirlik rəsmisi qeyd edib ki, bunlar meyitləri məhkəmə-tibbi ekspertizasından keçənlərdir.

"Məhkəmə-tibbi ekspertizasından həlak olmuş 3 300 hərbi qulluqçunun meyiti keçirilib", - Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan feysbuk səhifəsində qeyd edib.

Bütün bunlar Ermənistanın Qarabağ müharibəsindəki itkilərinin sayının durmadan artdığını göstərir. Qeyd edək ki, hazırda ermənilər hərbi əməliyyatların keçirildiyi ərazilərdə itkin düşən hərbçilərin axtarışlarını davam etdirirlər.

Daha əvvəl Ermənistanın Səhiyyə Nazirliyi Qarabağ müharibəsində 3 000-ə yaxın insan itkisinin olduğunu etiraf etmişdi. Mətbuat katibi Alina Nikoqosyan bildirib ki, müharibə zamanı öldürülmüş 2 966 erməni hərbi qulluqçunun meyitinin tibbi məhkəmə ekspertizasını keçirilib.

Yerli mətbuat Qarabağ müharibəsində ölənlərin, yaralıların, itkin düşənlərin və əsirlərin sayı barədə bu günə kimi rəsmi məlumat verilmədiyini vurğulayıb. Bir sıra hərbi ekspertlər, Vatikanın Ermənistandakı keçmiş səfiri Mikael Minasyan müharibədə azı 4 750 nəfərin həlak olduğunu etiraf edirlər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man