Pandemiya dövründə təyyarə qəzaları azalıb, həlak olanların sayı isə artıb

Yol qəzaları 03 Yanvar 2021 | 09:43
OXUNUB: 936

Pandemiyanın tüğyan etdiyi 2020-ci ildə qlobal miqyasda təyyarə qəzaları iki dəfədən çox azalıb, qəzalarda həlak olanların sayı isə artıb.

Avtosfer.az bildirir ki, bu məlumat Niderlandın "T70" konsaltinq şirkətinin hesabatında yer alıb.

Hesabatda qeyd olunub ki, ötən il iri kommersiya təyyarələri 40 dəfə qəzaya uğrayıb və bu insidentlər zamanı 299 sərnişin həyatını itirib. 2019-cu ildə qəzaların sayı 86, həlak olanların isə 257 olub. Qəzaların sayının 50 faiz azalması COVID-19 pandemiyası ilə əlaqədar uçuşların minimuma endirilməsi ilə bağlıdır. Belə ki, "Flightradar" beynəlxalq aviasiya qurumunun məlumatına görə, ötən il kommersiya uçuşlarının sayı 42 faiz azalıb və 24,4 milyon aviareys həyata keçirilib. O da vurğulanıb ki, qlobal təyyarə qəzalarında həlak olanların yarıdan çoxu İran səmasında raketlə vurulan Ukrayna laynerinin 176 sərnişinidir.

Aviasiya Təhlükəsizlik Şəbəkəsinin (ASN) məlumatında qeyd olunur ki, ümumilikdə, son iki il ərzində təyyarə qəzalarının və həlak olanların sayı xeyli azalıb. Məsələn, təkcə 2005-ci ildə bu qəzalarda 1015 sərnişin həyatını itirmişdi. ABŞ-da isə 2009-cu ildən bəri iri kommersiya uçuşlarında cəmi bir qəza qeydə alınıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man