İdarəetməni itirən iki sürücü öldü

Yol qəzaları 31 Dekabr 2020 | 19:50
OXUNUB: 1507

Dünən yol qəzalarında idarəetməni itirərək qəza törədən iki sürücü ölüb.

Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, dekabrın 30-da saat 18 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində paytaxt sakini İ.Hüseynov idarə etdiyi “BMW” markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Digər hadisə isə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində qeydə alınıb.

Dekabrın 30-da saat 22 radələrində kənd sakini M.Rüstəmov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə və qaz borusuna vurub. Nəticədə sürücü aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb. Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man